Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil edilib
Saatlı, 13 mart, Mahir Babayev, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Saatlının Çolpı kəndində azot gübrəsinin 70 faiz güzəştlə səyyar satışı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara və Biləsuvar rayonlarının ardınca növbəti səyyar satış martın 13-də Saatlının Çolpı kəndində keçirilib. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər.
Çolpı və ətraf 9 kənd üzrə 34 nəfər səyyar satışdan güzəştli şərtlərlə gübrə əldə ediblər. Satış zamanı 56 ton 250 kiloqram ammonium nitrat gübrəsi satılıb.
Martın 14-də isə Kürdəmir rayonunun Karlar kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.