Sabah bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq
Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 25-29, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 29-30, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 30-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 24-29, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, bəzi yerlərdə 36 dərəcəyədək isti olacaq.
Şərqi Zəngəzurda, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, bəzi yerlərdə 36 dərəcəyədək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin günəşli keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 34-38, dağlarda gecə 22-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.