Sabah İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək
İstanbul, 22 iyun, AZƏRTAC
İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək. Artıq təbliğat və təşviqat işləri dayandırılıb.
AZƏRTAC xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında olacaq.
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-dək davam edəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]