REGİONLAR
Sabirabadda iki yük maşını toqquşub, biri dərəyə aşıb
Sabirabad, 2 mart, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda yük maşınları toqquşub, qəza zamanı iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Sabirabad rayonu Poladtoğay kəndi ərazisində qeydə alınıb. "Qazel" markalı yük maşını ilə "Hyundai" markalı yük maşını toqquşub. Zərbənin gücündən "Hyundai" markalı yük maşını yoldan çıxaraq dərəyə düşüb.
Hadisə nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:41]
Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb
- 24.06.2024 [15:30]