Şabranlı müəllim işə qəbul üzrə müsabiqədə 55 bal toplayıb
Bakı, 15 mart, AZƏRTAC
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin kimya müəllimi Səkinə Ələkbərliyə həsr olunur. “Şagirdlərim kimyanı çox sevir, bu məni qürurlandırır”, - deyən Səkinə Ələkbərli ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 bal toplayıb.