Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan, 8 iyun, AZƏRTAC

İyunun 8-də Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqlarında müəllim kollektivi və şagirdlərlə görüşüb, təhsil ocağında yaradılan “Kükü kənd tam orta məktəbinin 100 illiyi” guşəsi ilə tanış olublar. Sonra məktəbin qarşısında müəllim və şagirdlərlə xatirə şəkli çəkdirilib.

Şahbuz Rayon Mədəniyyət Sarayında davam edən yubiley tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əlamətdar hadisə münasibətilə məktəbin kollektivini təbrik edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2024-cü il 1 aprel tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 20 illik və Şahbuz rayon Kükü kənd orta məktəbinin 100 illik yubileylərinin qeyd olunması istər muxtar respublikanın, istərsə də ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisədir. Hər iki məktəbin yubileyinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə eyni vaxta təsadüf etməsi təhsil ictimaiyyəti üçün çox sevindirici haldır. Yüzillik təhsil ənənələrinə malik Kükü kənd tam orta məktəbi hər bir məktəb üçün uğur payıdı. Məktəbin tarixi inkişaf yolu barədə araşdırmaların aparılması təhsilin inkişafında əhəmiyyətli rol oynaya bilər. Bu baxımdan muxtar respublikanın aparıcı kütləvi informasiya vasitələri sayılan həm Naxçıvan Televiziyasında, həm də “Şərq qapısı” qəzetində məktəbin tarixi, təhsil ənənələri barədə yayımlanan materiallarda da maraqlı faktlar öz əksini tapıb.

Elxan Nəcəfov qeyd edib ki, Naxçıvanda təhsil sahəsində son üç tədris ilində yüksək göstəricilər əldə olunub, buraxılış imtahanlarının nəticələrinə görə muxtar respublika məktəbləri ölkə üzrə ilk üçlükdə yer alıb. Builki nəticələrin bütün təhsil müəssisələri ilə yanaşı, Kükü kənd tam orta məktəbi üçün də uğurlu olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva qeyd edib ki, Naxçıvan diyarı öz tarixi-mədəni abidələri, keçmişi, ən çətin günlərdə nüfuzu, məğrurluğu ilə tanınıb, bugünkü Azərbaycanın qurulmasında müstəsna rol oynayıb. Muxtar respublika qabaqcıl təhsil ənənələri ilə də hər zaman seçilib, burada fəaliyyət göstərən məktəblər ölkəmizə dəyərli ziyalılar, müxtəlif sahələr üzrə mütəxəssislər, alimlər, ictimai xadimlər yetişdirib. Həmin təhsil ocaqlarından biri də bu gün 100 yaşı qeyd olunan Kükü kənd tam orta məktəbidir. Məktəbin tarixi ölkəmizin və Naxçıvanın keşməkeşli dövrünə, 1924-cü ilə gedib çıxır. Naxçıvan Muxtar Respublikasının da yaradılması ilə tarixə düşmüş həmin ildə Naxçıvan şəhərindən 52 kilometr məsafədə yerləşən Küküdə ilk məktəbin açılması o dövrün şərtlərinə görə olduqca mühüm hadisə olub. Məktəbin yetirmələri Naxçıvanda təhsil quruculuğu sahəsində böyük işlər görüb, İkinci Dünya müharibəsi dövründə kadr ehtiyacını ödəmək üçün əllərindən gələni əsirgəməyiblər. 1950-ci illərdə məktəbdə 234 şagird təhsil alıb. Təqdirəlayiq haldır ki, təhsil ocağı bu gün də öz tarixi ənənələrinə sadiq şəkildə uğurla inkişaf edir, hər il nailiyyətləri ilə ölkəmizin təhsil sahəsinə töhfələr verir.

Kükü kənd tam orta məktəbinin məzunu olmasından böyük qürur duyduğunu deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə həm kənd sakinləri, həm də məktəbin məzunları adından səlahiyyətli nümayəndəyə minnətdarlıq edib. Qeyd edib ki, bu məktəb tarixi ənənələri, dəyəri olan təhsil ocağı kimi tanınır, seçilir. Bu baxımdan yubiley tədbirinin keçirilməsi həm də ölkəmizdə həyata keçirilən təhsil siyasətinin göstəricisidir. Məhz həmin siyasətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət ölkəmizdə uğurla davam etdirilir.

Vurğulanıb ki, məhz Ulu Öndərin müəyyənləşdirdiyi təhsil strategiyasının nəticəsi olaraq istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqilliyin bərpasından sonra Kükü kənd tam orta məktəbi böyük uğur yolu keçib. Hər iki tarixi dövrdə məktəb tam orta məktəb kimi fəaliyyətini bərpa edib, onun maddi-texniki bazası gücləndirilib, tədrisin təşkili üçün geniş imkanlar yaradılıb. 1990-1993-cü illərdə Ümummilli Liderimiz Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi dövrdə dəfələrlə ucqar kəndlərə səfər edib, oranın sosial-mədəni inkişafı ilə maraqlanıb. Həmin kəndlərdən bir də Kükü olub. Dahi şəxsiyyətin kəndə səfəri həm də sakinlərin yaşayışında stimul, motivasiya rolu oynayıb. Kənddə fəaliyyət göstərən məktəb müasir bina ilə təmin olunub, ən müasir maddi-texniki baza yaradılıb. Məktəbin ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutan məzunları barədə söhbət açan Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynli ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının Naxçıvanda təhsil sahəsinin daha da inkişafı, onun tərkib hissəsi kimi Kükü kənd tam orta məktəbinin uğurlarının çoxalması ilə nəticələnəcəyini vurğulayıb.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxışında bildirib ki, göstərilən yüksək dövlət qayğısından bəhrələnən Kükü kənd tam orta məktəbinin pedaqoji kollektivi şagirdlərin təhsili və təlim- tərbiyəsi ilə yüksək səviyyədə məşğul olub. Bu özünü muxtar respublikada, eləcə də Azərbaycan Respublikasında keçirilən bilik yarışlarında, olimpiadalarda və digər tədbirlərdə məktəb şagirdlərinin qazandığı uğurlarda göstərir. Məktəb 100 illik fəaliyyətində, istər sovetlər zamanında, istərsə də müstəqillik illərində öz şagirdləri və yetişdirdiyi ziyalı nəsli ilə seçilən təhsil ocaqlarındandır. Bu gün rayonun, muxtar respublikanın, eləcə də ölkəmizin inkişafında Kükü kəndindən olan, ilk təhsilini bu məktəbdə alan yüzlərlə ziyalının əməyi vardır.

Sonra ölkə hüdudlarından kənarda təhsillərini davam etdirən və əmək fəaliyyəti ilə məşğul olan Kükü kənd tam orta məktəbin məzunlarının videomüraciəti izlənilib.

Kükü kənd tam orta məktəbinin direktoru Mais Məmmədov məktəbin son illərdə qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, 2022-2023-cü tədris ilində məktəbi bitirən 4 nəfər 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olub. Şagirdlərdən 2-si 500-700 intervalında bal toplayıb. Bu şagirdlərdən Mirisa Seyidov 550 balla Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olub. Əli Məmmədli isə 668 balla Azərbaycan Tibb Universitetinin tədris ingilis dilində Tibb fakültəsinə qəbul olaraq 4-cü qrup üzrə muxtar respublika birincisi olub. O, "Qızıl" nişana və respublika üzrə 102 şagirddən biri olaraq Prezident təqaüdünə layiq görülüb. Bu il məktəbin XI sinfini 9 şagird bitirir. Attestat imtahanında şagirdlər yüksək nəticələr göstəriblər. Məktəbi bitirən şagirdlərdən ikisi - Gülay Kərimli 294, Nihat Bağırlı isə 293 bal toplayıb. XI sinfi bitirən şagirdlərdən 3-ü "Qızıl" nişana namizəd göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı sərəncama əsasən, Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin 2 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Yubiley tədbirində həmin təltiflər təqdim olunub. Eyni zamanda, fəaliyyətlərində fərqlənən bir qrup müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, təşəkkürnamələri, Şahbuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Rayon məktəblərinin şagirdləri şeirlər, mahnılar səsləndirib, rəqs nümunələri göstəriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir