Sahibkarlığa Kömək Milli Fondu Gəncədə güzəştli kreditlər vermişdir
Gəncə, 14 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncədə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
200 nəfərə yaxın sahibkarın iştirak etdiyi tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına maliyyələşdirilmiş “Neon” firmasında tutumu 10 min ton olan taxıl anbarı kompleksinə və eləcə də gündəlik istehsal gücü 30 ton olan çörək zavoduna baxış keçirilmişdir.
Şəhər icra hakimiyyətində keçirilən tədbirdə güzəştli kreditlərdən istifadə mexanizmləri, investisiya layihələrinin hazırlanmasına dair fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manata yaxın güzəştli kredit verilmişdir ki, həmin vəsait hesabına regionda 90-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Verilən kreditlərin əsasən Gəncə və ətraf rayonların iqtisadi potensialına uyğun olaraq qənnadı məmulatlarının istehsalı, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin, süd emalı, ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının, eləcə də konserv məhsullarının istehsalı müəssisələrinin yaradılmasına yönəldilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]