“Şahin” hərbi idman oyununun respublika final mərhələsinə yekun vurulmuşdur
Bakı, 10 may (AZƏRTAC). Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi idman oyununun respublika final mərhələsinin qalibləri müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, final mərhələsində 18 komanda mübarizə aparmışdır. İştirakçılar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması və digər mərhələlərdə güclərini sınamışlar.
Gərgin keçən mübarizə şəraitində 1-ci yeri Xətai rayonu 138 saylı məktəb, 2-ci yeri Nəsimi rayonu 23 saylı məktəb, Nizami rayonunun 277 saylı məktəbi isə 3-cü yeri tutmuşlar.
Qalib komandalar diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]