Salyanda nəqliyyat sahəsində əhaliyə göstərilən xidmətin həcmi artıb
Salyan, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda nəqliyyat təşkilatları 2022-ci ilin yanvar-sentyabr aylarında 5 milyon 813,8 min manat dəyərində xidmət göstərib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,8 dəfə və ya 5 milyon 467,9 min manat çoxdur.
Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən nəqliyyat vasitələri ilə 18 milyon 827 min sərnişin, 628,0 min ton yük daşınıb. Sərnişin daşınması 3 milyon 897 min nəfər olmaqla 26,1 faiz, yük daşınması isə 69 min ton olmaqla 12,3 faiz artıb. Nəqliyyat vasitələri ilə sərnişin daşınmasından 3 milyon 884,5 min manat, yük daşınmasından 795,6 min manat gəlir əldə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 1 milyon 17,7 min manat və ya 35,5 faiz, yük daşınması isə 97,1 min manat və ya 13,9 faiz artıb.
İnformasiya və rabitə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında xidmətlərin həcmi 678,7 min manat olub.