Salyanda Psixiatriya Xəstəxanası açılmışdır
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-da Salyan rayonunda Psixiatriya Xəstəxanası açılmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ikimərtəbəli 100 çarpayılıq xəstəxana binası tam müasir standartlara cavab verir. Kişi və qadın bölmələrindən ibarət olan xəstəxana tibbi avadanlıqlarla, istilik, dərman və qida ilə tam təmin edilmişdir.
Psixiatriya xəstəxanası Salyanla yanaşı, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Neftçala, Cəlilabad və Beyləqan rayonlarının sakinlərinə də xidmət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]