ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Çexiyanın Astronomiya İnstitutunda elmi məruzə ilə çıxış edib
![](/files/galleryphoto/2019/2/1200x630/15646683536381045181_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646685913149335503_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbinə Məmmədova Avropa İttifaqının tədqiqat və innovasiya proqramı olan “Horizon-2020” tərəfindən maliyyələşdirilən qrant layihəsi çərçivəsində Çexiya Elmlər Akademiyasının Astronomiya İnstitutunda elmi ezamiyyətdə olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində S.Məmmədova Astronomiya İnstitutunun 2 metrlik teleskopunda müşahidələr aparıb, alınmış spektrlərin işlənməsi metodikası, eləcə də spektrlərin təhlilində istifadə olunan proqramlarla tanış olub, institutda elmi məruzə ilə çıxış edib.
Eyni zamanda, Astronomiya İnstitutunun Astrofizika kafedrası ilə gələcəkdə ortaq elmi-tədqiqat işləri aparmaq istiqamətində mümkün variantlar müzakirə olunub.