Şanxayda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilir
Şanxay, 6 noyabr, AZƏRTAC
Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini komissiyanın həmsədri Lin Ci rəhbərlik edir.
İclasda hər iki ölkənin müxtəlif qurumlarının rəhbər şəxsləri iştirak edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay