SAXTA SƏNƏD VƏ QANUNSUZ SİLAH-SURSAT GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsində yaşayan Vasif Nəsibovdan 25,551 qram heroin, “Makarov” tipli pnevmatik tapança, 4 patron, 1 patron darağı və 1102 dollar pul götürülmüşdür. V.Nəsibovun idarə etdiyi “Hyunday-Sonata” markalı avtomaşına baxış zamanı oradan “Vinçester” markalı ov tüfəngi, 30 patron, 3 bıçaq, 1 qandal, 9 fişəng patronu, fişəng atmaq üçün alət, Narkotiklərlə Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili kimi V.Nəsibovun adına saxta vəsiqə, DİN-in Xüsusi Həkim Komissiyasının tibb müayinəsinə göndəriş üçün Xanlar Rayon Baş Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə aid möhürlənmiş və imzalanmış 2 boş blank, Svetlana Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi və DİN-in Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə aid möhür vurulmuş 2 boş vərəqə aşkar edilərək götürülmüşdür.
Narkotik maddəni Vasif Nəsibova 400 dollara satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Üzeyir Səmədov tutulmuşdur. Ondan, 0,238 qram heroin müsadirə edilmişdir. Vasif Nəsibov evində gizlətdiyi 62,193 qram heroini könüllü olaraq polisə təhvil vermişdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]