“Səbail” cari mövsümdə ilk səfər qələbəsini qazanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Bakının “Səbail” futbol klubu Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk səfər qələbəsini qazanıb. Bu, XII turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib.
AZƏRTAC xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn Aftandil Hacıyevin yetirmələri rəqib meydanında son uğuruna da “Keşlə” ilə görüşdə imza atmışdı. Ötən mövsümün fevralın 7-dəki qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn “Səbail” sonrakı 7 səfər matçında qələbəyə həsrət qalmışdı.
“Keşlə”nin qapısına vurulan ilk top isə yubileylə əlamətdar olub. “Dənizçilər” Premyer Liqada 75-ci qoluna imza atıb, ardınca bu rəqəmi 76-ya çatdırıb. Buna 87-ci görüşündə çatan “Səbail” evdə 32, səfərdə 44 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]