Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seçenov Universitetinin Bakı filialı Azərbaycanda tibb təhsilinə simulyasiyalı tədris metodlarını tətbiq edir

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanda tibbin əsas vəzifəsi Azərbaycan Respublikasının vətəndaşlarının sağlamlığı və rifahını qorumaqdır. Səhiyyə sistemində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunun qlobal strateji inkişaf proqramının bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Bakı filialının rektoru, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı cərrah-onkoloq, professor Əziz Əliyevin məqaləsində bildirilir.

Məqalədə daha sonra deyilir: “Azərbaycan səhiyyəsinin dünya standartları əsasında inkişafının aparıcı istiqamətlərindən biri tibbi təhsildir. Müasir mərhələdə səhiyyə sahəsində yüksək səviyyəli mütəxəssislərə tələbat həm də tibb işçiləri tərəfindən peşəkar bilik və vərdişlərin əldə edilməsi səviyyəsinin daim artırılmasının vacibliyini diktə edir. Məhz Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsovanın əmri əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) məzunu və fəxri professoru Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu Universitetin Bakı filialı yaradılıb.

Universitetdə təhsil İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin aparıcı professor və müəllimləri tərəfindən Seçenov Universitetinin tədris planı və proqramları üzrə iki istiqamətdə aparılır: tədris 6 il davam etməklə “Müalicə işi” ixtisası üzrə və tədris 2 il davam etməklə “Sənaye əczaçılığı” magistr proqramı üzrə. Tədris forması əyanidir. Filialı bitirənlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu verilir ki, bu da Azərbaycanda avtomatik olaraq tanınır.

Filial mövcud olduğu 6 il ərzində özünün bütün layihələrində və cari fəaliyyətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan Respublikasının rəhbərliyinin daim dəstəyini və diqqətini hiss edir.

Ali tibbi təhsil sahəsində əsas istiqamətlərdən biri gələcək həkimlərin nəzəri biliklərinin lazımi səviyyəsi saxlanılmaqla onların hazırlığının praktiki aspektlərinin əhəmiyyətli şəkildə gücləndirilməsinin vacibliyidir.

Simulyasiyalı tədris müasir tibbi təhsilin mühüm aləti, bilik, bacarıq və praktiki vərdişlərin öyrədilməsi və qiymətləndirilməsi üçün praktiki modelləşdirməyə, kliniki vəziyyətin və ya ayrı-ayrı fizioloji sistemlərin imitasiyasına əsaslanan metodikadır. Bundan ötrü bioloji, mexaniki, elektron və virtual (kompüter) modellərdən istifadə oluna bilər.

Tədrisin imitasiyalı formalarının inkişafı tibbi təhsilin keyfiyyətini və rəqabət qabiliyyətini artırır, cərrahiyyə, mamalıq, ginekologiya, pediatriya, intensiv terapiya və təcili tibbi yardım, kardiologiya, oftalmologiya, otolarinqologiyada və bir çox digər sahələrdə praktiki vərdişlərin formalaşmasına kömək edir. Simulyasiyalı ssenarilər tələbələrin, rezidentlərin, həkimlərin praktiki vərdişlərə yiyələnmə motivasiyasını və onların gələcək peşəkar fəaliyyətlərində bu bacarıqlardan istifadə etmək qabiliyyətini artırır.

Filialın kliniki bazasında - Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıqla təchiz olunmuş tədris-simulyasiya mərkəzi yaradılıb. Bu mərkəz tələbələrin, rezidentlərin praktiki vərdişlərə yiyələnməsinə, müxtəlif ixtisaslı həkimlərin, orta tibbi personalın peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir.

2021-ci ildə Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Seçenov Universitetinin Bakı filialında olub. Azərbaycanın səhiyyə naziri Teymur Musayevin, Bakı filialının rektoru professor Əziz Əliyevin və Seçenov Universitetinin rektoru akademik Pyotr Vitalyeviç Qlıboçkonun müşayiət etdiyi qonaqlar tədris-simulyasiya mərkəzinin işi ilə də tanış olub, filialın və mərkəzin fəaliyyətini yüksək dəyərləndiriblər. Onlar əminliklərini bildiriblər ki, filial bundan sonra da müxtəlif ixtisaslı həkimlərin yüksək hazırlıq səviyyəsinin dəstəklənməsinə kömək edəcək.

Filialımızın tədris-simulyasiya mərkəzində simulyasiyalı tədrisin köməyi ilə kliniki təfəkkür formalaşır, komandada işləmək, fövqəladə vəziyyətlərdə reallığa maksimum yaxın şəraitdə tibbi yardımın göstərilməsi standartlarına uyğun şəkildə hərəkət etmək və qərarlar qəbul etmək vərdişləri öyrənilir. Mərkəzin müəllimləri Azərbaycanın və Rusiyanın aparıcı klinikalarının simulyasiyalı tədris sahəsində xüsusi hazırlıq keçmiş təcrübəli həkimləridir.

Tədris-simulyasiya mərkəzinin resursları və texniki imkanları həm tələbələrin peşəkar biliklərə yiyələnməsi, həm də tibb təhsili müəssisələrinin məzunlarının və tibb mütəxəssislərinin ixtisaslaşdırılmış akkreditasiyası prosedurunun keçirilməsi üçün nəzərdə tutulub.

2021-ci ildə Seçenov Universitetinin Bakı filialının ilk məzunları akkreditasiya prosedurunu uğurla keçiblər. Məzunların kliniki biliklərinin və praktiki vərdişlərinin səviyyəsi Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən beş imtahan mərhələsində qiymətləndirilib.

Məzunların akkreditasiyasının keçirilməsinin müsbət təcrübəsi nəzərə alınaraq, Azərbaycan Tibb Universitetinin tələbələri üçün də analoji akkreditasiya imtahanı keçirilməsi planlaşdırılır. Bu universitetin 700 məzunu 2022-ci ilin fevralından başlayaraq, praktiki vərdişlər üzrə imtahanın verilməsi üçün üçmərhələli hazırlıq keçirlər və Seçenov Universitetinin Bakı filialının tədris-simulyasiya mərkəzində peşəkar fəaliyyətin icrası üçün zəruri olan bilik və bacarıqlara yiyələnə biləcəklər.

Həmçinin 2022-ci ildən başlayaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursları keçən müdavimlər Bakı filialının tədris-simulyasiya mərkəzinin müəllimlərinin rəhbərliyi altında baza ürək-ağciyər reanimasiyası keçirilməsi üzrə vərdişlərə yiyələnirlər.

İndiyə qədər mərkəzdə tədris planına uyğun olaraq, tələbələrlə mindən çox məşğələ, müxtəlif kateqoriyalı tibb işçiləri üçün çoxsaylı kurslar və treninqlər keçirilib. Onların virtual reallıqda qazandığı vərdişlər kliniki praktikada uğurla tətbiq edilir”.

Mərkəzin fəaliyyəti ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/4Mq-uuRmGVM

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub