Sədr: Qanun xof üçün deyil, problemin həlli üçündür
Bakı, 1 dekabr, AZƏRTAC
Satınalmalarla bağlı köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə deyib.
Sədr əlavə edib ki, qanun xof və ya problem üçün deyil. Qanun problemin həlli üçündür: “Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa, onu həyata keçirmək qurum üçün problem yaradırsa bu qanuna yenidən baxılmalıdır”, - deyə V.Gülməmmədov bildirib.
Qeyd edib ki, Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir.
Vüqar Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası dövlət satınalmalarının auditi üzrə təlimat üzərində işləyir və artıq təlimat yekunlaşmaq üzrədir.
O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarında dəyişiklik olacaq.
“Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracağıq. Təlimatın məqsədi palatanın funksional vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir”, - deyə Hesablama Palatasının sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]