Şəhid müəllimlərin xatirəsinə olimpiada keçirilir
Gəncə, 27 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən VII və VIII sinif şagirdlərinin iştirakı ilə şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun xatirəsinə riyaziyyat və tarix fənlərindən olimpiadanın məktəb mərhələsi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, olimpiada riyaziyyat fənnindən VII, tarix fənnindən isə VIII sinif şagirdlərini əhatə edib.
Olimpiadanın şəhər mərhələsi oktyabrın 30-da təşkil olunacaq.