CƏMİYYƏT
Şəhid övladları üçün yeni il tədbirləri təşkil edilib
Bakı, 30 dekabr, AZƏRTAC
“For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin (DMX) dəstəyi ilə bu ilin iyulunda şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhərində bir araya gəliblər.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, dekabrın 14-15-də Şəki ətrafı ərazilərdə yaşayan şəhid övladları ilə Şəkidə, 18-19-da Gəncə ətrafı ərazilərdə yaşayan şəhid övladları ilə Gəncədə görüşlər təşkil olunub. Tədbirlərə, ümumilikdə 78 şəhid övladı və 20 miqrasiya könüllüsü qatılıb. Tədbirlər çərçivəsində maraqlı və əyləncəli proqramlar keçirilib.
Yeni il şənliklərində müxtəlif səhnəciklər, oyunlar, müsabiqələr təşkil edilib. Yolka ətrafına toplaşan iştirakçılar nağıl qəhrəmanları ilə birgə əyləniblər. Səmimi münasibət, xoş əhval-ruhiyyə onlarda unudulmaz təəssürat yaradıb.
Tədbirlər qaliblər üçün maraqlı anlarla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [18:53]
Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb
- 22.05.2024 [18:40]
DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb
- 22.05.2024 [18:31]
Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək
- 22.05.2024 [18:18]