Şəhidlərin doğum günündə onların ailələri ziyarət olunur
Bakı, 21 avqust, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və bir sıra müsəlman dini icmalarının təşkilatçılığı ilə Məhərrəm ayı çərçivəsində doğum günü olan Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarətinə başlanılıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edilən ziyarətlərdə şəhidlərimizin ailələri ilə görüşlər keçirilir, onlara müxtəlif hədiyyələr, o cümlədən “Qurani-Kərim” kitabları hədiyyə edilir və şəhidlərin ruhuna dualar oxunur.