Səhiyyə Nazirliyi tabeliyində olan idarə və müəssisələrə tapşırıq verib
Bakı, 20 avqust, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən, Səhiyyə Nazirliyinin tabeliyində olan idarə və müəssisələrin rəhbər və işçilərinin şəxsi avtomobillərinin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması ilə bağlı tapşırıq verilib.
Səhiyyə Nazirliyinın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar səhiyyə idarə və müəssisələri rəhbərlərinin iştirakı ilə toplantı keçirib.
Toplantıda bildirilib ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” protokol imzalanıb.
İclasda Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə sentyabrın 1-dən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən mümkün olduğu halda həyətyanı sahədə parklanması tapşırığı verilib. Eyni zamanda, tibb idarə və müəssisələrinin rəhbərlərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmrinə dair lazımi tapşırıqlar verilib.