SƏHMDAR CƏMİYYƏTLƏRİNİN FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR GÖRÜLÜR
Eyni zamanda, dövlət paylarına görə dividendlərin həcminin artırılması, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərə görə idarəetmənin həyata keçirilməsi, idarəetmə və nəzarət orqanlarında dövlətin nümayəndələrinin iştirakının təmin olunması, səhmdarların ümumi yığıncaqlarının vaxtında keçirilməsi də diqqət mərkəzindədir.
Birinci ümumi yığıncağı keçirilməmiş SC-lərdə yığıncağın keçirilməsi istiqamətində təşkilati-hazırlıq işləri görülür, onlara metodiki köməklik göstərilir. Məhz belə yanaşmanın nəticəsində cari ilin on bir ayı ərzində təqribən 70-ə yaxın SC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir.
Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə hesablanmış dividendlərin dövlət büdcəsinə ödənilməsi ilə bağlı zəruri tədbirlər də həyata keçirilmiş və 130 səhmdar cəmiyyəti tərəfindən büdcəyə 113 min manat məbləğində vəsait köçürülmüşdür.
Səhmlərinin bir hissəsi, yaxud bütövlükdə dövlətə məxsus olan səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, SC-lərin istehsal fəaliyyətlərinin öyrənilməsi, eləcə də, özəlləşdirmə imkanlarının təhlil edilməsi məqsədi ilə həmin təsərrüfatlarda monitorinqlər aparılır.