REGİONLAR
Şəki teatrında İlyas Əfəndiyevin əsəri səhnələşdirilir
Şəki, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdiriləcək “Sən həmişə mənimləsən...“Boy çiçəyi” (iki hissəli lirik-psixoloji tənhalıq dramı) tamaşasının məşqlərinə başlanılıb. Tamaşa yazıçının anadan olmasının 110 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Teatrın quruluşçu rejissoru Elvin Nuri tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa edirlər.
Yeni tamaşa İlyas Əfəndiyevin yubileyi münasibətilə teatr mövsümünün bağlanışında teatrsevərlərə təqdim ediləcək.