MƏDƏNİYYƏT
ŞƏKİ XAN SARAYINDA DİVAR RƏSMLƏRİNİN BƏRPASINA BAŞLANILACAQDIR
2002-ci ildə Almaniyanın Dentmal Pfleqe Myeçklenburq Sirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ilin avqust ayından Şəki Xan Sarayının bərpası ilə əlaqədər həmin ilin avqustundan başlayaraq burada bir sıra hazırlıq işləri görülmüşdür. Mədəni irsin qorunması layihəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, burada əsas kommunikasiya işləri başa çatdırılmış, divarın rəng qatları və tərkibi müəyyənləşdirilmiş, divar rəsmlərinin mühafizəsini təmin etmək üçün onlar müvəqqəti konservasiya olunmuşdur. Sarayın fundamenti möhkəmləndirilmiş, döşəmənin bəzi hissələri dəyişdirilmişdir. Hazırda şəbəkələrin bərpası ilə bağlı işlər davam etdirilir. Almaniyanın bərpaçı rəssamları artıq Azərbaycana gəlmişlər. Onlar yerli bərpaçı rəssamları da bu işə cəlb etməklə iyulun 15-dən divar rəsmlərinin bərpasına başlayacaqlar.