ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ TÜTÜNÇÜLÜYÜN İNKİŞAFI ÜÇÜN TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “İnter Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xətti ilə 2008-ci ildə Zaqatala, Qax və Şəki rayonlarında ümumilikdə 350 hektar sahədə “Virciniya”, 100 hektar sahədə isə “Berley” və “İmmunniy” tipli ətirli tütünlərin yetişdirilməsi nəzərdə tutulmuşdur. Hazırda bu rayonlarda sahələrin əkinə hazırlanmasına başlanılmışdır.
Yetişdirilmiş yaş tütün məhsulunun qəbul edilməsi və qurudulması üçün 2007-ci ildə MMC-nin xətti ilə Bolqarıstanın “Ronis” şirkətindən 24 ədəd odla tütün qurutma qurğusu alınaraq, Zaqatala və Qax rayonlarında quraşdırılmışdır. Bundan əlavə, qurudulmuş tütünün saxlanılması üçün bu rayonlarda birdəfəlik tutumu 150 ton olan müasir tipli anbar binaları da tikilmişdir. Mövsüm ərzində bu qurğularda 1005 ton yaşıl “Virciniya” tütün yarpağı qəbul edilərək, 155 ton yüksək keyfiyyətli odla qurudulmuş quru yarpaq istehsal edilmişdir.
2008-ci ildə MMC-nin xətti ilə bu rayonlarda daha 60 ədəd odla tütünqurutma qurğusunun quraşdırılması planlaşdırılır. Bu qurğuların 44 ədədi Zaqatala rayonunun Tala kəndində quraşdırılacaqdır. Bunun nəticəsində kənddə, əlavə olaraq, 95 yeni iş yeri açılacaqdır.
Ümumiyyətlə, 2007-ci ildə “İnter Tobacco” MMC respublikamızda tütünçülüyün inkişafına 14 milyon manat sərmayə qoymuşdur. Cari ildə isə sərmayə qoyuluşunun 8 milyon manat olacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]