ŞƏKİDƏ NÖVBƏTİ “ƏMƏK YARMARKASI” KEÇİRİLMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Məşğulluq İdarəsi Şəki şəhərində növbəti “Əmək yarmarkası keçirmişdir.
Şəki Məşğulluq Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarmarkaya rayonda fəaliyyət göstərən 20 müəssisə və təşkilatdan 370 boş iş yeri çıxarılmışdı. “Şəki-İpək” ASC daha çox 180, Meşə Bərpası və Mühafizəsi Müəssisəsi 50, təhsil şöbəsi isə 40 iş yeri təklif etmişdir. İş yerləri üçün təklif olunan əmək haqqının miqdarı 60 manatdan 300 manatadək idi.
Gün ərzində “Əmək yarmarkası”nda 580 nəfərə yaxın işaxtaran vətəndaş iştirak etmişdir. Yarmarkanın nəticələrinə əsasən, 67 nəfər vətəndaş iş yerlərinə göndəriş əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]