Şəkidə şəhid ailələri ilə görüş keçirilib
Bakı, 23 avqust, AZƏRTAC
Şəki rayonunda 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin ailə üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəki rayonunun 115 saylı seçki dairəsindən Milli Məclisin deputatı Cavanşir Feyziyev Şəkinin Kiş, Orta Zəyzid kəndlərində və Turan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.
Deputat Kiş kəndində şəhid Elnur Nurullayevin, Orta Zəyzid kəndində Pənah Məmmədovun, Turan qəsəbəsində şəhid Ülvi Abışovun, Elməddin Məmmədovun və Mübariz Məmmədovun ailələrində olub, şəhid ailələrinin problemləri ilə maraqlanıb. Deputat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan C.Feyziyev şəhid ailələri tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Valideynlər övladlarının Vətən uğrunda şəhid olduqları üçün qürur duyduqlarını bildiriblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Cavanşir Feyziyev görüşdə şəhid ailələrinin qarşılaşa biləcəkləri istənilən problemlərin həllində onlara kömək etməyə hazır olduğunu bildirib.