Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkinin Qayabaşı kənd məktəbi 85 illik yubileyinə hazırlaşır

Şəki, 7 noyabr (AZƏRTAC). Uzaq 1928-ci ildə - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 8 il sonra Şəki rayonunun Qayabaşı kəndində savadsızlığın ləğvinə, bu məqsədlə ibtidai məktəbin əsasının qoyulmasına başlanmışdır. O dövrün çətin, qarmaqarışıq illərində məktəb üçün nəinki müvafiq bina, hətta stol-stul, parta olmadığı üçün oktyabrın əvvəllərində başlanmış ilk dərslərdə şagirdlər müəllimi qədim alban kilsəsinin həyətindəki iri daşlar üzərində iki-bir, üç-bir oturaraq dinləyirdilər.

Təbii ki, əvvəllər kənddə hər hansı bir təhsil ocağı olmadığından ilk vaxtlar məktəb yalnız birinci sinifdən ibarət idi. Ancaq şagirdlər təkcə 8-10 yaşlı uşaqlardan deyil, həm də heç vaxt təhsil görməmiş daha böyük uşaqlardan və hətta 20-30, 40-50 yaşlı kənd sakinlərindən ibarət idi. Belə bir “kontingent”ə malik bir “məktəbdə” dərs demək, əlbəttə ki, heç də asan, problemsiz deyildi. Lakin o dövrün ilk kənd müəllimi savadsızlığın hökm sürdüyü bir yerdə yeni bir maariflənmə həyatının başlanmasından, kənd sakinlərinə yazıb-oxumaq öyrətməyin sevincini yaşamaqdan fərəh duyaraq, dərsləri həvəslə, maraqla aparır, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.

Bir müddət sonra ilk direktorunun Mütəllim Çələbiyev olduğu bu məktəbə onun səyi nəticəsində köhnə bir bina ayrıldı. Oxumaq, təhsil almaq istəyənlər getdikcə çoxaldığından dərslər iki növbədə keçirilməyə başlanıldı - səhərlər məktəb yaşlı uşaqlar, axşamlar isə yaşlı adamlar savad öyrənirdilər.

Hər il yeni fənn müəllimlərinin də cəlb olunduğu məktəb 1948-ci ilədək 7 illik, sonralar isə orta məktəb kimi fəaliyyət göstərmişdir. Bu təhsil ocağı ötən əsrin 30-50-ci illərində kəndin əsl maariflənmə, həm də mədəniyyət mərkəzinə çevrilmişdi. Bütünlükdə isə 85 il ərzində Qayabaşı məktəbi 1150 nəfərə qədər məzuna orta, yüzlərlə məktəbliyə isə natamam-orta təhsil vermişdir. Bir ənənə olaraq burada təlim-tədris işi yüksək səviyyədə qurulduğundan, şagirdlərə kifayət qədər dərin bilik öyrədildiyindən ötən illər ərzində ətraf Sarıca, Cəyirli, Çayqaraqoyunlu, Təpəcənnət, Bolludərə, Şirinbulaq, Cəfərabad, Söyüdlü kəndlərindən, hətta Oğuz, Ağcabədi rayonlarından da valideynlər öz uşaqlarını təhsil almaq üçün məhz Qayabaşı məktəbinə qoyurdular.

Bu gün də bu məktəb Şəki rayonunun ən qabaqcıl təhsil ocaqlarından sayılır. Onun məzunları arasında nəinki Azərbaycanda, hətta onun hüdudlarından xeyli uzaqlarda çalışaraq, böyük hörmət-nüfuz, ad-san qazanmış onlarla müəllim, həkim, kimyaçı, neftçi, iqtisadçı, hüquqşünas, mühəndis, inşaatçı, jurnalist, hərbçi, elm adamları və s. vardır. Məsələn, onlardan Ramazan Cəfərov bacarıqlı, qabaqcıl bir inşaatçı kimi 40 ildən artıq Belarusda çalışaraq, böyük bir tikinti trestinə rəhbərlik etmiş, istedadı, işgüzarlığı və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində dərin hörmət qazanaraq, dəfələrlə Minsk Şəhər Sovetinin deputatı seçilmiş, müxtəlif təltiflərə layiq görülmüşdür. Məktəbin digər məzunları - tibb elmləri doktoru Məhərrəm Məhərrəmov Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri, biologiya elmləri namizədi Məcid Məcidov isə həmin universitetin dosenti kimi uzun illərdir ki, səmərəli elmi-pedaqoji fəaliyyət göstərir, respublikanın gənc mütəxəssislərinin və elmi kadrlarının yetişdirilməsində mühüm rol oynayırlar.

Bakıda ali təhsil alaraq, sonralar taleyini Ukrayna ilə bağlamış Əli Əliyev uzun illər Odessanın hüquq mühafizə orqanlarında qüsursuz işləyərək, polkovnik-leytenant rütbəsinə yüksəlmiş, “Daxili işlər orqanları əlaçısı” adına və digər titullara, mükafatlara layiq görülmüşdür. Uzaq Sibirdə çalışaraq, bir çox həmvətənlərini də orada gəlirli işlə təmin etmiş iş adamı Rafiq Məmmədbağır oğlu həm də qardaşları ilə birgə uzun illər susuzluqdan əziyyət çəkən, 3500-dən artıq əhalisi olan doğma Qayabaşı və qonşu Sarıca kəndlərinə 15 kilometrlik məsafədən su xətti çəkdirmişdir. Kənd bağbanı Əhməd kişinin övladları Ədalət Cabbarov və Hidayət Mustafayev qardaşları isə ali təhsil aldıqdan sonra talelərini həmişəlik olaraq Bakı ilə bağlayaraq, paytaxtın bir-çox yaşayış və inzibati binalarının inşasında, nəqliyyat sisteminin işinin genişləndirilməsi və yenidən qurulmasında fəal iştirak etmişlər.

Ölkəmizin neft-kimya, metallurgiya, energetika, səhiyyə və s. sahələrində çalışaraq, respublikanın ümumi inkişafına öz töhfələrini vermiş bu cür yüzlərlə mütəxəssisin yetişdirilməsində, onların bilik təməlinin yaradılmasında Qayabaşı məktəbinin öz müqəddəs peşəsini ürəkdən sevən fədakar müəllimlərinin - Nuru Gülməmmədov, Səfər İsmayılov, Cəmaləddin Camalov, Qasım Abduləliyev, Bəhman Hüseynov, Yusif Məsimov, İsmayıl Ələkbərov, Kazım Rzayev kimi istedadlı pedaqoqların əvəzsiz rolu və xidmətləri vardır.

Məktəbin builki məzunlarının demək olar ki, əksəriyyəti qəbul imtahanlarında yüksək nəticə göstərərək, respublikamızın ali məktəblərinə, o cümlədən Tibb və İqtisad universitetlərinə, Fövqəladə Hallar və Sərhəd Qoşunları akademiyalarına, digər ali məktəblərə, həmçinin müxtəlif kolleclərə daxil olmuşlar. Məktəbin yubileyi ərəfəsində pedaqoji kollektiv daha bir qürur doğuran, şad xəbər almışdır. Məktəbin məzunu Lalə Nağıyeva Moskvanın görkəmli alimləri qarşısında müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür və bu ildən etibarən Tibb Universitetinin müəllimi kimi elmi-pedaqoji fəaliyyətini davam etdirəcəkdir.

- Müəllimlərimizin, məktəbimizin başını uca edən belə məzunlarımız çoxdur, - deyə məktəbin direktoru, Azərbaycanın Maarif Əlaçısı Ramiz Hümmətov məmnunluğunu gizlətmir. - Məktəbimizin 85 illik yubileyini onlarla birgə dekabrın 24-də qeyd etməyi planlaşdırırıq. Həmin gün həm də möhtərəm Prezidentimiz İlham Əliyevin ad günüdür. Pedaqoji kollektivimiz oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində cənab İlham Əliyevin qətiyyətli qələbəsindən böyük sevinc duyur. Xalqımız öz Prezidentinə güvənir, yaradıcı, qurucu İlham Əliyevin ölkəmizi çox qısa bir zamanda dünyanın qabaqcıl, yüksək tərəqqi etmiş ölkələrindən birinə çevirməsinə sevinir və başladığı böyük işləri bundan sonra daha geniş miqyasda və yeni bir həvəslə, yeni bir ilhamla davam etdirəcəyinə ürəkdən inanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH