Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Bakı, 10 iyun, AZƏRTAC
Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb olub.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd, Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:29]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:15]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]