Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səlimə Mehdiyeva: Lətif İmanovun tədqiqatları Azərbaycanda fizika elminin inkişafında mühüm rol oynayıb

Səlimə Mehdiyeva: Lətif İmanovun tədqiqatları Azərbaycanda fizika elminin inkişafında mühüm rol oynayıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Radiospektroskopiya sahəsində mühüm elmi nəticələrə imza atmış görkəmli alim Lətif İmanov Azərbaycan fizika elminin inkişafında özünəməxsus iz qoyub. Molekulyar qaz spektroskopiyası, yarımkeçiricilər və dielektrik relaksasiya sahəsində apardığı fundamental tədqiqatlarla tanınan alim zəngin elmi irs qoyub.

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva AZƏRTAC-a müsahibəsində görkəmli fizik Lətif İmanovun elmi irsi və Azərbaycan fizika elminə verdiyi töhfələr barədə danışıb.

Professorun sözlərinə görə, Lətif İmanovun elmi fəaliyyətinin əsas istiqamətini molekulyar qaz spektroskopiyası təşkil edib. Onun rəhbərliyi ilə mürəkkəb qaz radiospektrometr qurğusu yaradılıb, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri tədqiq olunub, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilib. “Lətif İmanov yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddələrin tədqiqi sahəsində də mühüm nəticələr əldə edib. O, uzun illər spirtlərin, halogenli benzolların və onların müxtəlif qeyri-polyar mayelərdə məhlullarının dielektrik relaksasiyasını müxtəlif tezlik və temperatur diapazonlarında radiospektroskopik üsulla araşdırıb. Bu tədqiqatlar nəticəsində dielektrik əmsalı, kritik dalğa uzunluğu, aktivləşmə enerjisi və molekulların fırlanma hərəkəti ilə bağlı bir sıra mühüm fiziki parametrlər müəyyənləşdirilib”, – deyə S.Mehdiyeva bildirib. Onun sözlərinə görə, Lətif İmanovun elmi axtarışlarında molekulların quruluşunun öyrənilməsi xüsusi əhəmiyyət daşıyıb. Alim mayelərin fiziki xassələrinin düzgün izahı üçün onların dəqiq quruluş parametrlərinin müəyyən edilməsinin vacibliyini nəzərə alaraq mikrodalğa qaz spektroskopiyası istiqamətində geniş tədqiqatlara başlayıb.

Laboratoriya əməkdaşları ilə birlikdə böyük texniki çətinlikləri dəf edən Lətif müəllim ilk qaz radiospektrometrini 1959-cu ildə işə salmağa müvəffəq olub. Etil spirti ilə başlayan tədqiqatlar sonradan propil, izopropil, butil, propargil spirtləri, etilmerkaptan və onların izotop formalarını əhatə edib. Bu araşdırmalar nəticəsində molekulların fırlanma sabitləri, asimmetriya parametri, dipol momentləri, izomer formaları və digər mühüm quruluş parametrləri müəyyənləşdirilib. Xüsusilə etil spirtinin quruluş parametrləri yüksək dəqiqliklə təyin edilib. S.Mehdiyeva bildirib ki, L. İmanovun elmi maraqları yalnız molekulyar spektroskopiya ilə məhdudlaşmayıb. O, Fizika İnstitutunda aparılan selen tədqiqatlarına da mühüm töhfələr verərək tallium aşqarlı selenin dielektrik relaksasiyasını radiospektroskopik üsulla araşdırıb. Sonrakı mərhələdə isə vanadium, tellur və qələvi metal oksidləri əsasında iki və üçkomponentli yarımkeçirici şüşələrin quruluş, elektrik və optik xassələrini tədqiq edib.

Elektron paramaqnit rezonansı üsulu ilə aparılan tədqiqatlar zamanı Lətif İmanov müəyyən edib ki, şüşələrin tərkibinə keçid metal oksidlərinin daxil edilməsi EPR mərkəzlərinin yaranmasına səbəb olur. Bu mərkəzlər və onların yaxın ətrafı yarımkeçirici şüşələrin elektrik, optik, maqnit və digər fiziki xassələrinin dəyişməsində mühüm rol oynayır. AMEA-nın müxbir üzvü qeyd edib ki, Lətif İmanovun elmi irsi kifayət qədər zəngindir. Onun tədqiqatlarının nəticələri xarici və respublika elmi jurnallarında 150-dən çox məqalə şəklində dərc olunub, 10-dan artıq müəlliflik şəhadətnaməsi alınıb. Alimin rəhbərliyi altında çoxsaylı elmlər doktorları və elmlər namizədləri yetişib. S.Mehdiyeva Lətif İmanovun pedaqoji fəaliyyətini də xüsusi qeyd edib: “Lətif müəllim elmi tədqiqat işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) Fizika fakültəsində radiofizika və fiziki elektronika fənlərindən mühazirələr oxuyub. Onun mühazirələri dərin məzmunu, məntiqi ardıcıllığı və yüksək elmi səviyyəsi ilə seçilirdi. İstər Azərbaycan, istərsə də rus dilində etdiyi çıxışları dinləyicilərdə böyük maraq doğururdu”.

Müxbir - Tünzalə Arazlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb

Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb

Baş prokuror İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib

Yeni tədris ilində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Aviasiya heyətinin iş və istirahət rejimlərinin tənzimlənməsi təklif edilir

Rumıniyada vətəndaşlar işə gedib-gəlmək üçün gündə orta hesabla 53 dəqiqə sərf edirlər

Rahman Qurbanmuradov: Bakı görüşü xalqlarımız üçün faydalı olacaq

“İmişli” klubunun futbolçusu “Şəfa”ya keçib

TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edilib

Xorvatiyanın Braç adasında yanğın 3000 hektardan çox ərazini əhatə edib

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində yeni layihələr reallaşdırılacaq

Vergi Xidmətinin rəis müavini Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib

Səlimə Mehdiyeva: Lətif İmanovun tədqiqatları Azərbaycanda fizika elminin inkişafında mühüm rol oynayıb

DTX-nin rəisi Çinə səfər edib

Bolqarıstanda prezident seçkiləri: 8 partiya və 20 namizədlik komitəsi qeydiyyatdan keçib

Əbdüləziz Zakirov: İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır

Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti VİDEO

Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti VİDEO

Nuriddin Xoliknazarov: TDT qlobal arenada nüfuzunu və mövqeyini getdikcə daha da gücləndirir

Azərbaycanda sualtı arxeologiyanın inkişafı üçün Türkiyə ilə əməkdaşlıq gücləndirilir

“İsmayıl Kazımov-70: Zamanın alimi və insanlıq brendi” kitabı çapdan çıxıb

Fransanın paytaxtı etiraz aksiyalarının mərkəzinə çevrilir - Parisdə sabah bir neçə aksiya olacaq

Azərbaycan Premyer Liqasında V tura bir oyunla yekun vurulur

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Rumıniya Mərkəzi və Şərqi Avropanın iri aviasiya bazarlarından birinə çevrilir

Azərbaycan ilə Almaniya arasında biznes əməkdaşlığı genişlənir

Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Ailə ilə bağlı sosial və fiqhi məsələlər diqqətlə nəzərdən keçirilməlidir

Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək

Avropada anbarlardakı qaz ehtiyatlarının azalması yeni enerji böhranı riskini artırır

® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb

Safi Arpaquş: Əmin-amanlığımızı təhdid edə biləcək zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıyıq

Filippinin müsəlman muxtar bölgəsində ilk parlament seçkiləri keçirilir

Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirinin qalibi olub

Naxçıvanda kommersiya qurumlarının sayı 13,8 faiz artıb

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur VİDEO

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur VİDEO

Azərbaycan-Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin qalibləri müəyyənləşib

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

Ekvador millisinin yeni baş məşqçisi məlum olub

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Soçi Hava Limanı uçuşları razılaşdırılmış şəkildə həyata keçirir

Azərbaycan boksçuları Çində təlim-məşq toplanışı və turnirdə iştirak edəcəklər

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu davamıdır VİDEO

“Kəpəz”in futbolçusu: Məqsədimiz mövsümü yaxşı mövqedə başa vurmaqdır – MÜSAHİBƏ

“Bakı Metropoliteni” QSC: Qırmızı xətt üzrə interval bərpa olunub

Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların ortaq bədii düşüncəsindən qaynaqlanır

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

İsveçdə parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir VİDEO

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər VİDEO

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

Mask: “SpaceX” Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

Aİ-Böyük Britaniya sammiti noyabrın sonuna təxirə salınıb

“Bloomberg”: Avstriya İranın nüvə agentliyi rəhbərinin BAEA-da çıxışına mane olub

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı təklifə düzəliş edib

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

FT: Kanada Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinə qoşula bilər

Naxçıvan şəhərində avtomobil piyadanı vurub

Tramp: FED faizləri azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq

Omanda Körfəz ölkələri XİN rəhbərlərinin görüşü təxirə salınıb

Bundesliqa: “Bavariya” səfərdə qələbə qazanıb

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub VİDEO

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub VİDEO

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir? VİDEO

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir? VİDEO

Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Bu saata olan əsas xəbərlər

Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcəyi açıqlanıb

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB