Şəmkir gəncləri Cocuq Mərcanlıya səfər ediblər
Bakı, 6 mart, AZƏRTAC
Şəmkir gəncləri Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib olmuş “Yurdumuz gənclərin gözü ilə” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
AZƏRTAC Gənclər Fonduna istinadla xəbər verir ki, layihənin əsas məqsədi işğal olunmuş rayonların böyüməkdə olan gənc nəslə tanıdılması, onların vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkir rayon Təhsil Şöbəsinin və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.
Şəmkir gəncləri Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ilə tanış olublar.
Yekunda layihə iştirakçılarına sertifikat və xatirə hədiyyələri verilib.