ŞƏMKİR POLİSİ KÜLLİ MİQDARDA NARKOTİK BİTKİ MƏHV ETMİŞDİR
Şəmkir rayon polis şöbəsinin əməkdaşları Bakı-Tbilisi yolunun Düyərli kəndi ərazisindən keçən hissəsində yabanı halda bitmiş çətənə kollarını məhv etmişlər.
Rayon polis şöbəsindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, 0,5 hektar sahədən 1 ton 700 kiloqram yabanı çətənə kolu toplanıb yandırılmışdır.