REGİONLAR
Şəmkirli fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər ediblər
![](/files/galleryphoto/2019/2/1200x630/1564669452623212306_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646694526322257869_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/156466945265416270_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564669452740560829_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564669452781543913_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646694522524112226_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646694523841314155_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646694531897124946_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyinin və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə Şəmkir rayonundan olan fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib. Səfər zamanı Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbəri Elçin Zeynalov, Şəmkir DAİM-in əməkdaşları və fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində Şəmkir DAİM-in əməkdaşları, fermerlər institutun yeni yaradılmış inzibati laboratoriya binasında yerləşən müasir avadanlıq və cihazlarla təchiz edilmiş şöbə, laboratoriyalar, o cümlədən toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, eləcə də 6,14 hektarlıq müasir istixana kompleksi və burada görülən işlərlə tanış olublar.
Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərə dair fermerlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə tanış olan fermerlər elmi-tədqiqat işlərinin müasir səviyyədə aparılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.