SENATIN SƏDRİ KRİSTİAN PONSÖLE AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏRƏFİNƏ ZİYAFƏT VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 30-da Fransa Senatının sədri cənab Kristian Ponsöle Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə ziyafət vermişdir.
Ziyafət zamanı ölkələrimizin parlamentlərinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası Parlament Assambleyasında əlaqələrinə, ikitərəfli münasibətlər, xüsusən Fransa və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakı məsələlərinə toxunuldu.