Sənədsiz miqrantların ABŞ vətəndaşı olmaq şansı varmı?
Vaşinqton, 6 fevral, AZƏRTAC
Qeyri-leqal miqrasiya əsasən Prezident Donald Trampın bəlağətli çıxışları sayəsində Amerika cəmiyyətində ən çox müzakirə edilən mövzulardan biri olaraq qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, Hellap İnstitutunun apardığı ictimai sorğunun nəticələrinə görə, amerikalıların təqribən 80 faizi istəyir ki, qeyri-leqal miqrantlara müəyyən şərtlərlə ABŞ vətəndaşı olmaq imkanı verilsin. Sorğu iştirakçılarının 81 faizi hesab edir ki, göstərilən vaxt ərzində müəyyən tələbləri yerinə yetirən qeyri-leqal miqrant Amerika pasportuna layiqdir.
Bu göstərici həqiqətən yüksəkdir, lakin Donald Tramp 2016-cı ildə prezident seçiləndə Amerika vətəndaşlarının daha çoxu - 84 faizi qeyri-leqalların vətəndaşlıq almasına tərəfdar idi. Deportasiya məsələsində də analoji göstəricilər nümayiş etdirilib. Sorğu iştirakçılarının 61 faizi bildirib ki, deportasiyanın əleyhinədir, halbuki 2016-cı ildə həmin rəqəm 66 faizə bərabər olub.
Qeyd edək ki, Hellap İnstitutunun yanvarın 21-27-də keçirdiyi sorğuda 1022 amerikalı iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]