Sentyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-21°, gündüz 26-31° isti, Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 23-24° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-19°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-21°, gündüz 26-31° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.