Sergey Lavrov Türkiyədə seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə edib
Moskva, 10 may, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə mayın 14-nə təyin olunmuş prezident və parlament seçkilərinin uğurla keçirilməsini arzulayıb.
AZƏRTAC xəbər verir ki, nazir Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının Moskvada keçirilən görüşündə seçkilərin ədalətli, şəffaf keçiriləcəyinə əminlik ifadə edib. “Əminəm ki, seçkilər ədalətli, şəffaf keçəcək, türk xalqının öz iradəsini xaricdən hər hansı təsir olmadan ifadə etməsini təmin edəcək”, - deyə o bildirib.
S.Lavrov Türkiyəni Rusiyanın “mehriban qonşusu və mühüm tərəfdaşı” adlandırıb, son illər Türkiyənin beynəlxalq və regional nüfuzunun xeyli artdığını vurğulayıb. O, ölkəsinin bundan sonra da Türkiyə ilə ikitərəfli qarşılıqlı əlaqələri genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Rusiyalı nazir Suriya qaçqınlarının təhlükəsiz şəkildə geri qayıtmasının rəsmi Moskva üçün prioritet olduğunu diqqətə çatdırıb. O, həmçinin Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair “yol xəritəsi” hazırlanmasını təklif edib, iki ölkə arasında münasibətlərin yaxşılaşmasının bütün Yaxın Şərq regionunda ümumi atmosferə təsir edəcəyinə əminlik ifadə edib. Nazirin fikrincə, ilk növbədə, Dəməşq ilə Ankara arasında nəqliyyat-logistika, ticarət-iqtisadi əlaqələrin bərpası önə çəkilməlidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [22:13]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [21:04]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [19:37]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]