İQTİSADİYYAT
Şərur rayonunda maarifləndirici tədbir keçirilib
![Şərur rayonunda maarifləndirici tədbir keçirilib](/files/2014/2/1200x630/14093273772695062982_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətinin Sərxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Quliyev tədbirin mahiyyəti haqqında məlumat verib.
Şərur rayon prokuroru, baş ədliyyə müşaviri Kamil Şükürov “Enerji resurslarının talanmasına qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib.
“Hər bir idarə, müəssisə və təşkilat, eləcə də vətəndaşlar elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir”, - deyən rayon prokuroru bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə olunmaqla qanunvericiliyimizdə bir sıra əməllər cinayət əməli kimi təsbit olunub.
Tədbirdə “Ətraf mühitin qorunması sağlam həyatımızın başlıca amillərindəndir” mövzusunda çıxış edən Şərur rayon prokurorunun müavini, birinci dərəcəli hüquqşünas Anar Həsənov bildirib ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb.
Qeyd edilib ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və s. hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcudur.