“Səsimizdən qüvvətli sözümüz” regional natiqlik forumuna yekun vurulub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin (DVC) tərəfdaşlığı ilə Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarının gəncləri arasında keçirilən “Səsimizdən qüvvətli sözümüz” regional natiqlik forumuna yekun vurulub.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ümumilikdə 4 müxtəlif auditoriya üzrə 250-dən çox gənci əhatə edən təlimlər keçirilib. Təlimləri uğurla başa vuran gənclərdən ibarət 11 komanda “Gənclərin karyera imkanları qazanmasında könüllülük ən əsas faktordur” mövzusunda debat forumu təşkil olunub. Qrup oyunlarının yekununda daha uğurlu çıxış edən “Beeg Boss” komandası qalib adını qazanıb.
Qalib komandanın üzvləri, eləcə də forumda fərqlənən 10 ən yaxşı gənc mükafatlandırılıb.