Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şeyxülislam Allahşükür Paşazadə Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda iştirak edib

Bakı, 23 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-23-də Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BMT Sivilizasiyalar Alyansının, Mərakeş Krallığının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilən Fəs Qlobal Forumunun mövzusu “Sülh alyansına doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq”dır. QMİ sədri noyabrın 22-də Forumun BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə baş tutan açılış mərasiminin ardınca ilk hissəsində - nüfuzlu dövlət xadimlərinin yer aldığı “Müdriklərin səsi” adlı plenar iclasda yeganə dini lider olaraq çıxış edib.

Çıxışda deyilir: “Bir Olan Uca Yaradanımızın Adı ilə. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Doqquzuncu Qlobal Forumunda Azərbaycan xalqının, dövlətimizin başçısı Prezident İlham Əliyevin salamlarını Əlahəzrət Kral Altıncı Məhəmmədə, Mərakeş xalqına, görkəmli dövlət, elm və din xadimlərinə, forumun alidəyər iştirakçılarına yetirməkdən böyük şərəf duyuram. Dünya miqyasında sülh və birgəyaşayış dəyərlərinin olduqca mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə BMT-nin “Sülh alyansına doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” mövzusunda forumu xüsusilə təqdirəlayiq haldır. Mərakeş Krallığının ali dəstəyi və ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı, Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinosun dəyərli səyləri, habelə qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn Fəs Forumuna xeyir-dualarımı bildirir, onun işinə Ulu Rəbbimizdən uğurlar diləyirəm.

Uca Allah “Qurani-Kərim”də bizlərə xitabən buyurur: “Ey insanlar. Biz sizi kişi və qadından yaratdıq. Sizi xalqlar və qəbilələr olaraq qərar verdik ki, bir-birinizi tanıyasınız” (Hücurat, 13). Müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin təqdiridir və bizim bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir.

Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən ksenofobiya, dini və etnik dözümsüzlük faktları qlobal miqyasda artmaqdadır. Hazırda insanlar arasında təcavüzü, zorakılığı və ayrı-seçkiliyi qızışdıran, müasir texnologiyalar vasitəsilə müxtəlif ölkələrdə sabitliyi pozan siyasi və sosial təhdidə çevrilən nifrət çağırışları müharibələrə, soyqırımı cinayətlərinə səbəb ola bilir. Kütləvi qırğın silahlarının artması, hərb ritorikasının güclənməsi nüvə təhlükəsini artırır. Sivilizasiyaların toqquşdurulması cəhdləri dünyanı böyük fəlakətə sürükləyə bilər. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir. Təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürləri, dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları qətiyyətlə qınanmalıdır. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Müasir dünyada bəşəriyyəti təhdid edən çağırışların başında ekoloji və hərbi cinayətlər, ərzaq və su təhlükəsizliyi, o cümlədən ekosistemin məhv edilməsi və torpaqların yararsız vəziyyətə salınmasının fəsadı olaraq yaşanan humanitar problemlər dayanır.

QMİ sədri xatırladıb ki, Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və məlum qətnamələrinə əsasən Ermənistanın hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib. “Otuz il boyu davam etmiş işğal dövründə biz Azərbaycanda bütün bu çağırış və problemlərlə üz-üzə qalmışıq. Bu gün dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli-mənəvi abidələrimizi, məscidlərlə yanaşı digər dini məbədləri bərpa edir, yandırılmış torpaqlarımızı dirçəldir, ərazilərimizi minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır. Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir. Halbuki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası Dialoqa Dair “Bakı Prosesi”, habelə ölkəmizin təşəbbüsü ilə başlayan BMT səviyyəsində “Mədəniyyət naminə Sülh” qlobal kampaniyası dünyada insan həmrəyliyinə xidmət edir. Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Bu baxımdan, müharibələrə son qoyulması, sülh, birgəyaşayış naminə din və siyasət xadimlərinin müxtəlif platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Təqdirəlayiq haldır ki, G20 Dinlərarası Forumunda, Avropa Şurası müstəvisində, Roma Papası və Əl-Əzharın Baş imamı arasında Əbu-Dabidə imzalanmış “Qardaşlıq Sənədi”nə istinadla bu istiqamətdə mühüm işlər həyata keçirilir. Tədbirimizin dünyada sülhün və əmin-amanlıq naminə alyansın bərqərar olması istiqamətində bütün təşəbbüslərini dəstəkləyir, dəvətə görə tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Əminəm ki, Fəs Qlobal forumu dünya miqyasında qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə verəcəkdir, İnşallah”, - deyə şeyxülislam Allahşükür Paşazadə əlavə edib.

Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin iştirak etdikləri forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb edən bir çox mövzular barədə fikir mübadiləsi aparılır. Şeyxülislam Allahşükür Paşazadə Forum çərçivəsində tədbirlərdə iştirak edib, Mərakeş Krallığının rəsmiləri və nüfuzlu tədbir iştirakçıları ilə, o cümlədən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Ümumdünya Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssəlam, İspaniyanın sabiq Baş naziri Zapatero, İRSİKA Baş direktoru Erol Kılıç, ICESCO Baş direktoru Salim Al-Malik, KAICIID-in sabiq Baş katibi Feysal bin Müammar, Ərəb dövlətləri Liqasının sabiq baş katibi Amr Musa və digərləri ilə görüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb