DÜNYA
Si Cinpin xalqını Böyük Çin səddini mühafizə etməyə çağırıb
Bakı, 21 avqust, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin xalqını Böyük Çin səddini mühafizə etməyə çağırıb.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, Si Cinpin bu barədə Böyük Çin səddinin Ciyuqan adlanan məşhur hissəsini ziyarət edərkən deyib.
Qeyd edək ki, Çin lideri əraziyə Qansu əyalətinin şimal-qərbinə səfəri zamanı baş çəkib.
Çinlilərin Vanli Çançen adlandırdıqları Böyük Çin səddi Min sülaləsi dövründə, ilk dəfə e.ə.221-ci ildə imperator Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilib. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]