Silah-sursat aşkar edilərək götürülüb
Bakı, 2 aprel, AZƏRTAC
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 16 kalibrli iki ədəd “İJ” markalı ov tüfəngi, idman təyinatlı bir tapança, bir pnevmatik tapança, səkkiz pulemyot patronu və bir “DŞK” patronu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.