Şimal-qərb bölgəsinin məktəbləri müxtəlif fənlər üzrə ölkənin ən yaxşıları arasındadır
Şəki, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
2024–2025-ci il tədris ili üzrə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələri müxtəlif fənlər üzrə yüksək nəticələr göstərərək, ölkə üzrə ən yaxşı məktəblər sırasında yer alıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, Şəki şəhəri Fizika-riyaziyyat və humanitar təmayüllü lisey ədəbiyyat, riyaziyyat və fizika fənləri, Şəki rayonu Oxud kənd tam orta məktəbi informatika fənni, Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta məktəb fizika və informatika, Zaqatala şəhər Z.Əliyeva adına Texniki fənlər liseyi kimya və tarix, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb kimya və informatika fənləri, Qəbələ şəhər Ə.Abdurahmanov adına 3 nömrəli tam orta məktəb tarix fənni (rus bölməsi), Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi isə coğrafiya fənnindən ölkə üzrə yüksək nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]