Şirvanda heroin və metanfetamin satan şəxs tutulub
Şirvan, 11 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən əvvəllər məhkum olunmuş İslam Baxşalıyev saxlanılıb.
Onun yaşadığı evə baxış kecirilən zaman 20 qram “patı” adlanan psixotrop maddə - metamfetamin, 50 qrama yaxın heroin, marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.