SLOVAKİYA XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏCNƏBİ DİPLOMATLAR ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
Azərbaycanın Avstriyada, həmçinin Slovakiya və Sloveniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Slovakiyanın xarici işlər naziri Yan Kubiş hər il olduğu kimi bu il də Bratislavada müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsi açmışdır. Slovakiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iftar süfrəsinə dəvət edilmişlər.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Fuad İsmayılovun da iştirak etdiyi tədbirdə səmimi söhbət zamanı dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılmışdır.