Sloveniyalı idmançı: Gimnastika Azərbaycanda çox sevilir
Bakı, 27 aprel, AZƏRTAC
Dünya kuboku ilə bağlı təəssüratlarım əladır. Yarışın həm təşkilati, həm də rəqabət baxımından səviyyəsini xüsusi qeyd etmək istəyirəm. Gimnastlar bir-birindən gözəl çıxışlar nümayiş etdirirlər. Mən də çalışırdım ki, çıxışımı səhvsiz yerinə yetirim.
Bu sözləri bədii gimnastika üzrə dünya kubokunda iştirak edən sloveniyalı gimnast Yekaterina Vedeneeva AZƏRTAC-a müsahibəsində deyib.
Milli Gimnastika Arenasında atletlərin azarkeşlərin sonsuz dəstəyindən daha da həvəsləndiklərini vurğulayan Sloveniya təmsilçisi bildirib: “Azərbaycanda gimnastikanı sevirlər. Möhtəşəm azarkeş dəstəyi gimnastlara xüsusilə ruh yüksəkliyi bəxş edir və onları qələbələrə ruhlandırır. Belə mötəbər yarışın Bakıda yüksək səviyyədə təşkil olunmasından çox məmnunam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]