REGİONLAR
Son 10 ildə Şamaxı rayonunda 24 məktəb üçün yeni bina tikilib
![Son 10 ildə Şamaxı rayonunda 24 məktəb üçün yeni bina tikilib](/files/2014/3/1200x630/14099865011391122021_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi önünə tər gül-çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin 2013-2014-cü ildə görülmüş işlər və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Məruzə və çıxışlarda dövlət təhsil siyasətinin, həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən danışılıb. Bildirilib ki, ötən dərs ilində Şamaxı rayonunda da təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülüb.
Qeyd olunub ki, ötən dərs ilində rayonun ümumtəhsil məktəblərini 545 məzun bitirib. Onlardan 191 nəfəri ali məktəblərə daxil olub. Tələbə adını qazananlardan 8 nəfəri 600-dən çox bal toplayıb.
Təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışılaraq bildirilib ki, son 10 ildə rayonda 24 məktəb üçün yeni bina tikilib. Bunlardan da 6-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Hazırda Mədrəsə qəsəbə tam orta və Şərədil kənd ümumi orta məktəbləri üçün yeni tədris ocaqlarının inşası sürətlə davam etdirilir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və Təhsil Nazirliyinin məsul işçisi Samir Vəliyev çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların uğurlu nəticələrindən, habelə qarşıda duran vəzifələrdən danışıblar.
Bu il ali məktəblərə qəbul zamanı test imtahanlarından 600-dən yuxarı bal toplayan məzunlara qiymətli hədiyyələr və pul mükafatları verilib.