Şotlandiyanın Birinci naziri iqlim fəalları ilə görüşüb
Qlazqo, 2 noyabr, AZƏRTAC
Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Konfransı çərçivəsində Şotlandiyanın Birinci naziri Nikola Stercen iqlim fəalları Qreta Tunberq və Vanessa Nakate ilə mavi zonada görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Stercen söyləyib ki, Tunberq kimi ekoaktivistlərin səsi çox vacibdir.
Qlzaqoda ekoaktivistlərin keçirdiyi etiraz aksiyalarına qatılan 18 yaşlı Qreta Tunberq Şotlandiya hökumətinin iqlim siyasətini tənqid edərək, ölkədə iqlim dəyişikliyi ilə mübarizə aparan liderin olmadığını söyləyib. Şotlandiya 2030-cu ilə qədər tullantıları 75 faiz azaltmağı və 2045-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsini sıfıra endirmək öhdəliyi götürsə də, son üç ilin öhdəliklərini yerinə yetirməyib.
O, həmçinin şəxsi tviter səhifəsindən noyabr ayının 5-də Qlazqoda ekoaktivistlər tərəfindən təşkil olunacaq böyük yürüşdə iştirak edəcəyini də elan edib.
Sözügedən yürüş Qlazqonun qərbində yerləşən Kelvinqrov Parkında başlayacaq və şəhərin mərkəzindəki Corc Meydanında yekunlaşacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Qlazqo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]