Soydaşlarımız Monteneqrodakı aztəminatlı ailələrə yardım ediblər
Podqoritsa, 15 aprel, AZƏRTAC
Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan 30 ailəyə yardım göstərilməsi məqsədilə paytaxt Podqoritsa Bələdiyyəsinə zəruri ərzaq məhsullarından ibarət yardım paketləri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Seyran Mirzəzadə bir neçə ailəyə paketləri birbaşa ünvanlarında təqdim edib.
Mərkəz üzvlərinin bu çətin anlarda ehtiyac duyanlara yardım göstərməsi, həmrəylik, insanlıq və dostluq jesti Podqoritsa Bələdiyyəsi və ailələr tərəfindən minnətdarlıqla qarşılanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa