“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Ləğv prosesində olan ASC “Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək.
Şirkətin Ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, komissiya tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin ümumilikdə satış qiyməti 1 milyon 150 min manat məbləğində müəyyənləşdirilib. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən noyabrın 12-si saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 11 min 500 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür: https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]