Azərbaycan Dövlət İnformasiya Agentliyi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilib

Naxçıvan, 28 avqust, AZƏRTAC

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün komitə əməkdaşları üçün əlamətdar gündür. Ona görə ki, yaxşı iş şəraiti yaxşı əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir. Hər bir müstəqil ölkədə dövlət idarəetməsi müxtəlif strukturlar tərəfindən həyata keçirir. Düzgün idarəetmə isə o ölkədə mümkün olur ki, həmin ölkədə inkişaf və sabitlik təmin edilsin. Müstəqil Azərbaycan dövləti də dünya ölkələri sırasında öz layiqli yerini tutub, düzgün idarəetmə sistemi yaradılıb, sabitlik və hərtərəfli inkişaf təmin edilib. Çünki Azərbaycanda müstəqilliyin və dövlətçiliyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti bu yolu uğurla davam etdirir.

Ali Məclisin Sədri deyib: Ölkəmiz üçün vacib strukturlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Komitə fəaliyyətini üç istiqamətdə - standartlaşdırma, metrologiya və patent sahələri üzrə həyata keçirir. Standartlaşdırma sahəsində fəaliyyət məhsulların istehsalı, daşınması, satışı, xidmətlərin göstərilməsi zamanı standartların gözlənilməsinə dövlət nəzarətinin həyata keçirilməsindən, eləcə də məhsulların standartlara uyğunluğuna dair sertifikatların verilməsindən ibarətdir. Metrologiya sahəsində dövlət metroloji nəzarətinin həyata keçirilməsi, ölçmə vasitələrinin dövlət sınaqlarının aparılması, patent sahəsində isə əmtəə nişanları, coğrafi göstəricilər, ixtira, faydalı model, sənaye nümunələrinə patent və şəhadətnamələrin verilməsi əsas fəaliyyət istiqamətləridir.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrdən danışaraq deyib: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxili bazarı qorumalı, aid təşkilatlarla birlikdə keyfiyyətsiz və ya saxtalaşdırılmış məhsulların istehsalı, satışı və idxalına yol verməməlidir. İstehsal olunan yerli məhsulların ixracını stimullaşdırmaq məqsədilə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunluğu diqqət mərkəzində saxlanılmalı, istifadə olunan ölçmə vasitələrinin dəqiqliyinə nəzarət edilməli, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsinə nail olunmalıdır. Həmçinin komitə qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini təmin etməli, patent fondunun komplektləşdirilməsini, əmtəə nişanlarının, coğrafi göstəricilərin, elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların qeydə alınmasını, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində səlahiyyətinə aid edilmiş vəzifələrin icrasını davam etdirməlidir.

Qeyd olunub ki, sınaq laboratoriyalarının qanunvericiliyə uyğun fəaliyyət göstərmələrinə diqqət artırılmalı, məhsulların və ya xidmətlərin təhlükəsizliyi və keyfiyyəti, eləcə də ölçmələrin dəqiqliyi haqqında istehlakçıların məlumatlandırılması təmin edilməlidir. Bundan başqa, istehsal və xidmət sahələrində, iaşə obyektlərində, uşaq bağçalarında və məktəb yeməkxanalarında standartların gözlənilməsi ilə bağlı monitorinqlər davam etdirilməli, yaradılanlar qorunmalı, kollektiv həvalə olunmuş vəzifələrin icrasında səyini artırmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında komitə əməkdaşlarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış edərək deyib ki, muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər uğurla həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul və xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Komitənin ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bəxtiyar İsmayılov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib, fəaliyyətin səmərəli təşkili üçün daha səylə çalışacaqlarını bildirib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, 2 laboratoriya, reyestr və kadastr saxlama otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrini yoxlama otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu, eləcə də mətbəə və yeməkxana yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılıb.

Binada əsas və ehtiyat server, 12 dəst kompüter, 14 çap qurğusu, 2 videoproyektor və 1 elektron lövhə quraşdırılıb. Xidməti işin səmərəliyini və operativliyini yüksəltmək üçün yeni Elektron Sənəd Dövriyyəsi Sistemi və daxili şəbəkə istifadəyə verilib. Təhlükəsizlik normalarına uyğun olaraq inzibati binanın yaxınlığında məişət qaz avadanlıqlarının sınaq laboratoriyası yaradılıb, laboratoriya yeni qaz analizatorları və qaz detektorları ilə təmin edilib. Sifarişçilərin yoxlamaya təqdim etdiyi ölçmə vasitələrinin ilkin mərhələdə saxlanılması üçün ərazidə yarımqapalı yerlər hazırlanıb, avadanlıqların binaya daşınması üçün 3 yeni forkliftlər alınıb. Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 15 yerlik avtomobil dayanacağı tikilib.

Ali Məclisin Sədri istehsal müəssisələrində və xidmət sahələrində maarifləndirmə və izahat işlərinin davam etdirilməsi, səmərələşdirici təkliflərin hazırlanması və patentlərin verilməsi sahəsində fəaliyyətin təşkili ilə bağlı tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO